Avropa İttifaqı və Ermənistan indi həmişəkindən daha yaxındır.
Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasında (AK) keçirdiyi mətbuat konfransında Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Ənvər əl-Anuni jurnalistlərin sorğusuna əsasən Ermənistan hökumətinin Avropa İttifaqına qoşulma prosesinə başlamaqla bağlı qəbul etdiyi qərarı şərh edərkən deyib.
"Davam edən müzakirələr Aİ-nin və onun dəyərlərinin cəlbediciliyini göstərir. Biz Ermənistana indiki qədər yaxın olmamışıq", - o deyib.
Əl-Anuni xatırladıb ki, Aİ və Ermənistan viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlayıb. Bundan başqa, onun sözlərinə görə, Aİ Ermənistana maliyyə yardımını artırıb.