Yəməndə yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində 15 nəfər ölüb

11:26 - 12 Yanvar 2025 - DÜNYA

Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb, azı 67 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının nəzarətində olan SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bundan əvvəl Əl-Cəzirə telekanalı Husilərin nəzarətində olan Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ən azı 8 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirmişdi.

Əl Məşhədin məlumatına görə, Ez-Zaher bölgəsinin Əl-Məcriş bölgəsində dörd yanacaqdoldurma məntəqəsi partlayıb.
Xəsarət alanların sayı 70 nəfəri ötüb, onlar tibb müəssisələrinə yerləşdirilib. Əs-Təvra xəstəxanası çoxlu sayda itki ilə əlaqədar yerli sakinləri qan verməyə çağırıb.

Xəbər xətti