Somali və Efiopiya bir il əvvəl Efiopiyanın Somaliland ilə imzaladığı memorandumla bağlı münaqişə nəticəsində kəsilən diplomatik münasibətləri tam bərpa etmək barədə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, Somali və Efiopiya liderləri arasında Əddis-Əbəbədə keçirilən danışıqların yekunlarına dair bəyanatda deyilir: "Tərəflər hər iki ölkədə diplomatik missiyaları bərpa etməklə ikitərəfli münasibətləri bərpa etmək və gücləndirmək barədə razılığa gəliblər".
Qeyd edildiyi kimi, danışıqlar zamanı Efiopiyanın Baş naziri Abiy Əhməd və Somali Prezidenti Həsən Şeyx Mohamud ikitərəfli münasibətlər, xüsusilə təhlükəsizlik, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Onlar Ankara bəyannaməsinin sülh yolu ilə nizamlanmasına dair müddəalarının həyata keçirilməsini sürətləndirmək barədə razılığa gəliblər.