İrəvan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində deyil.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında bildirib.
"Biz Aİİ-ni heç nə ilə əvəz etmək istəmirik. Biz müstəqil olmaq istəyirik və müstəqillik o deməkdir ki, siz bir ölkədən asılı deyilsiniz, amma hamıdan və hamı sizdən asılıdır. Elə bir ölkəyə çevrilməliyik ki, bizim başımıza nəsə gəlsə, başqa ölkələrin iqtisadiyyatına nəsə baş versin. Onda bizə heç nə olmayacaq” - Papoyan qeyd edib.
Papoyanın fikrincə, Ermənistan Aİİ ilə əlaqələrin səviyyəsini saxlamalı, inkişaf etdirməli və yaxşılaşdırmalı, eləcə də digər strukturlarla əlaqələr qurmalıdır.