Braziliya prezidenti sui-qəsd təhlükəsi qarşısında

13:00 - 13 Yanvar 2025 - DÜNYA

Braziliyanın federal polisi yanvar ayında hücumun planlaşdırıldığına dair xəbərlərin ortaya çıxmasından sonra prezident Luiz İnasio Lula da Silvaya qarşı sui-qəsd cəhdi ilə bağlı təhqiqata başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli “Terra” nəşri məlumat yayıb.

Qeyd olunur ki, prezidentin həyatı üçün təhlükə barədə məlumat polisə yanvarın əvvəlində daxil olub.
Açıqlamada hələlik şəxsiyyətləri müəyyən edilməmiş sui-qəsdçilərin Lula da Silva, eləcə də Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleksandr de Moraisi öldürmək istədiyi qeyd edilib.

CNN Brasil-in məlumatına görə, polis sui-qəsdçilərin partlayıcı maddələr, qumbaraatan və amerikalı Barrett M82 iri çaplı tüfənglərdən istifadə etməyi planlaşdırdığını güman edir.
Ölkənin səlahiyyətli orqanları Lula da Silva və de Moraisin həyatı üçün təhlükəni nəhayət aradan qaldıra bilib-bilmədikləri barədə hələ məlumat verməyiblər.

Xəbər xətti