Rusiya heç vaxt Gürcüstanın daxili işlərinə qarışmayıb, Moskvanın buna nə arzusu, nə də niyyəti var.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“Bizim heç bir halda Gürcüstanın daxili işlərinə qarışmağa haqqımız, istəyimiz və niyyətimiz yoxdur. Bu, heç vaxt edilməyib”, - Peskov vurğulayıb.
“Gürcüstan vətəndaşlarının səs verdiyi şəxs seçkidə qalib gəldi. Qalan hər şey Gürcüstanın hüquq-mühafizə orqanlarını işidir” - o, əlavə edib.