Futbol üzrə İngiltərə çempionatının IX turunun oyununda Londonun “Arsenal” klubu “Liverpul”la 2:2 hesabı ilə bərabərə qalıb.
Ucnoqta.az xəbər verir ki, görüş Londonda baş tutub.
"Arsenal"ın qollarını Bukayo Saka (9-cu dəqiqə) və Mikel Merino (43) vurub. "Liverpul"un heyətində Vircil van Deyk (18) və Məhəmməd Salah (81) fərqlənib.
"Arsenal" 18 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Liverpul” dörd qələbə seriyasını yarımçıq qoyub və 22 xalla 2-ci pillədə qərarlaşıb. Çempionatın lideri “Mançester Siti”dir (23 xal).