Maqnit qasırğaları: həftə sonu üçün proqnoz

16:44 - 25 Oktyabr 2024 - Cəmiyyət

Həftə sonu günəş aktivliyində dəyişikliklər gözlənilir.

Ucnoqta.az xəbər verir ki, 26-27 oktyabr 2024-cü il tarixləri üçün günəş və geomaqnit aktivliyi ilə bağlı proqnozu ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi dərc edib.

Oktyabrın 26-da günəş aktivliyi maqnit qasırğasına uyğun gələn K-indeksi 5 (qırmızı səviyyə) ilə gözlənilir. Bununla belə, artıq bazar günü, oktyabrın 27-də kiçik maqnit pozğunluqları azalacaq.

Qeyd edək ki, proqnoz dəyişə bilər, çünki günəş aktivliyi tədqiqatçıları öz məlumatlarını hər üç saatdan bir yeniləyir.

Xəbər xətti