17 uşağı qaçırıb satan qadın ölüm cəzasına məhkum edildi

14:38 - 25 Oktyabr 2024 - HADİSƏ

Çinin Quiyang şəhərində qadın 17 uşağı qaçırıb satdığı üçün ölüm cəzasına məhkum edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xinhua məlumat yayıb. Bildirilir ki, hökmü Guiyang Aralıq Xalq Məhkəməsi çıxarıb.

Qərar eyni məhkəmənin əvvəllər Yu Huayinqi 1993-1996-cı illər arasında Quizhou və Çongqing şəhərlərindən 11 uşağı oğurlayıb Hebey əyalətinin Handan şəhərinə satmaqda ittiham edərək ölüm cəzasına məhkum etməsindən sonra təkrar verilib.

Məhkəmə, müttəhim və sonradan vəfat edən kişi ortağının uşaqları qazanc məqsədilə satdıqlarını müəyyən edib.
Qadın ilkin hökmdən apellyasiya şikayəti verdiyi üçün məhkəmənin qərarı təkrar ekspertizaya göndərilib, onun cinayət fəaliyyətinin yeni epizodları üzə çıxıb.

Müəyyən edilib ki, oğurlananlar 12 ailədən olub, onlardan 5-i məhkəmənin qərarı ilə iki uşağını birdən itirib.
 Bundan başqa, Yu Huayinq ömürlük siyasi hüquqlardan məhrum edilib və bütün şəxsi əmlakı müsadirə edilib.
Məlumatda uşaqların yaşı göstərilməyib.

Xəbər xətti