Azərbaycan millisinin oyunlarının başlama saatı açıqlanıb

17:16 - 21 Fevral 2024 - Xəbər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının başlama saatı bəlli olub.

"Report" xəbər verir ki, yığmanın İngiltərə və Ukrayna ilə matçları saat 16:00-da başlayacaq.

Hər iki qarşılaşma “Azərsun Arena”da təşkil olunacaq.

Qeyd edək ki, U-21 martın 22-də İngiltərəni, 26-da isə Ukraynanı qəbul edəcək.

Xəbər xətti