Xaçmazda ağır qəza - ölən və xəsarət alanlar var

17:38 - 15 Fevral 2024 - Xəbər

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən baş verən qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, qəza nəticəsində Üzeyir Novruzov aldığı xəsarətlərdən dünyasını dəyişib. Xəsarət alan Cavid Qonaqbəyov və Balakişi Məmmədova Xaçmaz rayon Mərkəzi Xəstəxanasında yardım göstərilib.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir.///apa

16.27

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, TIR və “Mercedes” markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlar deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının və FHN-nin əməkdaşları cəlb olunub.

Qəza nəticəsində qısa müddətdə Xaçmaz-Xudat yolu bağlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti