Yaşı az yazılmışdı ..., oğluma 18 bıçaq vurmuşdu ... - Əhmədlə bağlı SENSASİON İDDİA

21:08 - 14 Fevral 2024 - Cəmiyyət

Bakı şəhər sakini, 25 yaşlı Əhməd Əhmədov atasını, anasını, azyaşlı qardaşını, bacısını və bacısının azyaşlı övladını xüsusi amansızlıqla öldürməsi ölkədə şok effekti  yaradıb.

Ucnoqta.az Oxu24.com-a istinadən xəbər verir ki, cinayəti  törətməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı daha bir iddia səsləndirilib.

Məlumata görə, Əhməd  Əhmədov  hələ  məktəbli olarkən 17 yaşında Ramin Cəfərov adlı şəxsi  arxadan  beşbarmaqla  kürəyindən vurub və ona 18  yerdən  bıçaq  zərbəsi  endiribmiş. Hadisə 10 il  bundan əvvəl  olub. O zaman Əhmədi 1 yaş olsa da, sənədlərdə 15 yaş  yazdırıblarmış.

Hadisənin detallarını Space tV-də  yayımlanan Amil Xəlilin müəllifi olduğu "Gəl,Danış" verilişində Ramin Cəfərovun anas özü bildirib.

Qadının sözlərinə görə, Əhməd  Əhmədov onun oğlunun qızıl medalları çox olduğu  üçün ona paxıllığı tutumuş. Hadisə də xarici yarışa getməyə  bir  gün  qalmış  baş  veribmiş.

Hadisə baş verdikdən  sonra  qarşı  tərəf  əlaqələrindən istifadə  edərək  cinayət  işinin qarşısının  alınmasına  nail  olub.

Daha ətraflı video məlumatı təqdim  edirik:

Xəbər xətti