KTMT Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur.
Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib.
“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var. Bunun üçün Ermənistan-Azərbaycan sərhədində münaqişəli vəziyyətdən fəal şəkildə istifadə olunur” – deyə Serdyukov bildirib.
Onun sözlərinə görə, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır.
“Ermənistanın Təşkilata üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanma formatına təsir etməkdə davam edir”, - Baş Qərargah rəisi qeyd edib.