Bakıda yolu zibilləyən şəxs inzibati məsuliyətə cəlb edilib

21:54 - 13 Fevral 2024 - Cəmiyyət

Bakıda yolu zibilləyən şəxs inzibati məsuliyətə cəlb edilib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Belə ki, müxtəlif media subyektlərində yayılmış görüntülərə əsasən paytaxtın Binəqədi rayonu ərazisində “İJ” markalı 90-GX-182 qeydiyyat nişanlı avtomobildən yola zibil atılması faktı ilə bağlı araşdırma aparılaraq, vətəndaş A.Həsənzadə aşkar edilərək, törədilən qayda pozuntusuna müvafiq olaraq inzibati protokol tərtib edilib.

Xəbər xətti