Əhməd qaydasız döyüşlə məşğul olub: Anasını məktəbdən evə çağırıb ...

20:47 - 13 Fevral 2024 - Cəmiyyət

Xətai rayonunda atasını, anasını, qardaşını, bacısını və bacısının 5 yaşlı uşağını balta ilə qətlə yetirən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov barədə bir sıra məlumatlar açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, Elmira Əhmədovanın bacısı Qənirə Əhmədova hadisə barədə Oxu.az-a danışıb: “Oğlum zəng etdi və hadisəni dedi. İnanmadım. Qaça-qaça gəldim. Əhmədin psixi problemləri var idi. Amma ailəsi onu psixi sağlamlıq mərkəzinə qoymurdu. Əvvəlcə atasını öldürüb və anasını məktəbdən evə çağırıb. O da bacısının uşağı ilə birlikdə evə gəlib. Onları da baltalayıb. Hadisə olandan sonra qohumlar qızına zəng ediblər və telefonu açmayıb. Evin qapısın qırıblar və məlum olub ki, Elmira və beş yaşlı qızını da baltalayıb”.

Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Əhməd Əhmədov qaydasız döyüşlə məşğul olurmuş.

Onun idman zamanı başından xəsarət aldığı bildirilir.

Yaxınları Əhmədin qətli törədən zaman anlaqsız vəziyyətdə olduğunu və ailəsini öldürdüyünü xatırlamadığını bildirib.///modern

Xəbər xətti