Bakıda qətl baş verən ailənin daha iki üzvünün öldürüldüyü məlum olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Xəbərə görə, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.
Qətlə yetirilən qız uşağının 5 yaşı olub.
Gununsesi.info dəhşətli cinayətin təfərrüatlarını öyrənib.
Saytımızın əldə etdiyi məlumata görə, hadisəni törədən ailə üzvlərindən biri Əhməd Əhmədov ruhi xəstə olub.
Maştağa Psixiatriya Mərkəzində müalicə alan Əhməd Əhmədov anasının təkidi ilə oradan bir neçə gün əvvəl çıxarılıb.
Əhmədov Əhmədovun idmançı olması cinayəti törədərkən ailə üzvlərini onun qarşısında köməksiz vəziyyətdə qoyub.
Yaxınlarının sözlərinə görə, Əhməd Əhmədov bir neçə ildir ki, psixoloji xəstəlikdən əziyyət çəkirmiş.