Ermənistanda istehsal olunan sudan içən şəxsin qida borusu yandı: Satışı dayandırılır

13:53 - 13 Fevral 2024 - Xəbər

Vladiqafqaz sakini bir şüşə “Jermuk” suyundan içdikdən sonra qida borusu yanıb.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni bağlanmış şüşədə su əvəzinə sirkə olub. Respublikanın rəhbəri Sergey Menyailo vəziyyətdən xəbərdardır.

Hadisələrin aydınlaşdırılmasına Daxili İşlər Nazirliyi, Prokurorluq və Rospotrebnadzor cəlb edilib. Artıq 24 bağlama Cermuk suyu götürülüb. Mütəxəssislər lazımi əməliyyat tədbirləri həyata keçirirlər. Bu mineral suyu satan sahibkarlara satışı dayandırmaq tövsiyə olunur.

Mütəxəssislər bütün hallar aydınlaşana qədər "Jermuk" brendinin məhsullarından istifadə etməməyi də tövsiyə edirlər.

Xəbər xətti