Ermənistan itkilərinin sayını açıqladı: 4 ölü, ...

12:30 - 13 Fevral 2024 - Xəbər

Ermənistanın Azərbaycanla sərhəddə təxribatı nəticəsində ölən hərbçilərinin sayı açıqlanıb

Ucnoqta.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Qafan rayonu istiqamətində erməni mövqelərinin atəşə tutulması nəticəsində 4 nəfərin həlak olması ilə bağlı məlumatı təsdiqləyib.

Bildirilir ki, daha bir yaralı var. Onun səhhətinin vəziyyəti orta-ağırdır. Həyat üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

Xəbər xətti