Kanadada gəlin qonaqların hər birinə 1500 dollar verməkdən imtina etdiyi üçün toyunu ləğv edib.
Kanadada gəlin qonaqların 1,5 min Kanada dolları vermək istəməməsi səbəbindən toy etməkdən imtina edib və bəydən ayrılıb. Bu barədə Unilad xəbər verir.
Susan adlı qız sevgilisi ilə yerli ekstrasensin məsləhəti ilə dəbdəbəli toy etmək qərarına gəldiyini bildirib. Cütlük bayrama təxminən 60 min Kanada dolları xərcləməyi planlaşdırırdı. Xərcləri qarşılamaq üçün Syuzan qonaqların hər birindən toyda iştirak üçün 1,5 min Kanada dolları tələb edib. Lakin dostlarının və qohumlarının çoxu onun xahişini rədd edib.
Gəlin bu reaksiyaya qəzəblənib. Nəticədə sevgililər nəinki toyu ləğv ediblər, hətta ayrılmaq qərarına gəliblər. Susan sosial şəbəkədə ayrıldığını elan etsə də, sevdiklərindən pul tələb etdiyi üçün üzr istəməyib. O, bəzi qohumlarının və dostlarının ona daha böyük məbləğdə pul verdiyini bildirib.