“AzInTelecom”da yeni təyinat

09:57 - 13 Fevral 2024 - Xəbər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom” MMC-nin (AzInTelecom) Marketinq şöbəsinə yeni rəhbər təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu vəzifəyə Murad Əhmədov gətirilib. Onun bu ilin fevralından Marketinq şöbəsinin direktoru kimi işə başladığı bildirilir. 

Qeyd edək ki, M. Əhmədov 2023-cü ildə “AzInTelecom”un Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri təyin edilmişdi.

Xəbər xətti