Sabirabadda 4 otaqlı ev yanıb

14:26 - 5 Fevral 2024 - Xəbər

Sabirabadda 4 otaqlı ev yanıb

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Sabirabad rayonunun Əhmədabad kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti