Qəzza zolağında UNRWA məktəbinə hücum nəticəsində 10 nəfər ölüb

11:53 - 29 Yanvar 2024 - Xəbər

Qəzza şəhərinin qərbindəki Rimal bölgəsində yerləşən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbi İsrail tərəfindən atəşə tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində azı 10 nəfər həlak olub. Binanın Qəzza zolağının digər bölgələrindən döyüşlərdən qaçan köçkünlərə sığınacaq verdiyi iddia edilir.

Xəbər xətti