2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirakla bağlı seçicilərə hər gün 3-4 SMS bildirişlər göndərir. Bu insanlar arasında müzakirələrə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bununla bağlı sosial şəbəkədə yazıb.
"Hörmətli MSK, son günlər mənə (bütün Azercell abunəçilərinə) 7 fevral seçkiləri ilə bağlı ard-arda sms gəlir.
MSK-nin seçkilərə çağırışla bağlı aktivliyini təqdir edirəm, amma israrınızı anlamaq da istəyirəm. Azercell-lə sms müqaviləniz varmı?! Bir sms-in qiyməti neçəyədir, ümumi müqavilənin dəyəri nə qədərdir?!
Bu kommersiya sirri ola bilməz, çünki MSK büdcədən maliyyələşir, deməli biz vergi ödəyicilərinin bu suala cavab almaq haqqımız var. Ümid edirəm ki, ictimai maraq təşkil edən bu məsələyə publik cavab verəcəksiz..."