Uşaqlarda görmə problemləri məktəb hazırlıqlarına mənfi təsir gəstərər, gələcəkdə akademik, sosial və gündəlik həyatda bir çox problem yarada bilər.
Ucnoqta.az xəbər verir ki, bunu Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi dr. Adnan İpçioğlu deyib.
Həkim təhsil dövründə fiziki və ruhi yorğunluq keçirən uşaqların tətil dövründə yaxşı istirahət etmələrinin vacib olduğunu qeyd edib. O, bildirib ki, tətil dövrü uşaqların yaşadıqları görmə problemlərinin həlli üçün də əhəmiyyətli bir dövrdür. Müalicə olunmayan görmə pozğunluqları uşaqların öyrənmə qabiliyyətinə, dərsə uyğunlaşmasına və şəxsiyyətinin inkişafına mənfi təsir göstərə bilər. Ailələr bu mövzuda tədbir görməli və diqqətli olmalıdır.
Görmə problemləri məktəbəqədər uşaqların 5-10 faizində, məktəb yaşlıların isə 20-30 faizində müşahidə olunur.Uşağın dərsə getməməsinin səbəbi görmə qabiliyyətinin olmaması deyil, görmə qüsuru ola bilər. Bu səbəblə məktəbə başlamazdan əvvəl və uşaqların məktəb əsnasında mütəmadi olaraq göz müayinəsindən keçmələri lazımdır.
Göz pozuntularına qarşı heç bir tədbir görülməzsə, göz tənbəlliyi başlayır və bu vəziyyət sonrakı illərdə uşağın görmə keyfiyyətinə daha ciddi təsir edir. Uşaqların göz sağlamlığı üçün 6 aydan bir mütəmadi olaraq müayinədən keçmək vacibdir.