4 ay komada qalan hərbçimiz şəhid oldu

12:07 - 28 Yanvar 2024 - Cəmiyyət

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.

Ucnoqta.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur.

Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.

Bu barədə Tovuz rayon icra hakimiyyətinin  Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.

Xəbər xətti