Tətil günlərində müəllimlər məktəbə getməlidirmi? - AÇIQLAMA

10:25 - 27 Yanvar 2024 - Cəmiyyət

Bu gündən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayıb, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir və ikinci yarımilin ilk dərs günü isə 1 fevralda olacaq.

Müddətsiz müqavilə ilə işləyən bütün müəllimlər, sinif rəhbərləri, UBR, psixoloq, kitabxana müdiri, laborantlar 29, 30, 31 yanvar tarixlərində işdə olmalıdır.

Ucnoqta.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bildirir ki, müəllimlər üçün tətil anlayışı yoxdur: "Müəllim və işçilər üçün iş günü olmayan günlər əmək məzuniyyəti dövrü, istirahət günləri, iş günü sayılmayan bayram günləri, Ümumxalq hüzn günü və seçki günləridir. Tətil günlərində müəllimlərin iş saatının uçotu aparılır. 6 günlük iş rejimi ilə işləyən müəllimlər tətil günlərində 6 saat, 5 günlük iş rejimi ilə işləyən müəllimlər gündə 7 saat məktəbdə iş yerində olmalıdırlar".

Xəbər xətti