“WhatsApp+” istifadəçilərinə XƏBƏRDARLIQ: Hesabınızdan pullar oğurlanır

12:17 - 26 Yanvar 2024 - Cəmiyyət

Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib bankları günahlandırsa da, əslində “WhatsApp+”da olan "arxa qapı" sayəsində bank tətbiqlərinə giriş əldə edilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas deyib. O, bildirib ki, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir.

"Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. Dünya lideri Azərbaycan. Utancverici görüntü. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir.

Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi bankları günahlandırır", - ekspert qeyd edib.


Xəbər xətti