Çin bütün dünyada elektrikli avtomobil bazarını ələ keçirəcək - İlon Mask

08:43 - 26 Yanvar 2024 - AVTO

İlon Mask Çinin elektrik avtomobil istehsalçılarının rəhbərliyi ilə bağlı xəbərdarlıq edib

Ucnoqta.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb. "Tesla" şirkətinin rəhbəri İlon Mask bildirib ki, Çin avtomobil istehsalçıları təmkinli olmadıqları təqdirdə qlobal bazarı ələ keçirəcəklər.

Sahibkar Çinin elektromobil şirkətlərinin öz ölkələrində əhəmiyyətli uğurlar qazanacağını və qlobal bazara rəhbərlik edəcəyini proqnozlaşdırıb. Mask xəbərdarlıq edib ki, tariflər və digər ticarət maneələri qoyulmazsa, onlar bütün qlobal bazarı ələ keçirəcəklər.

İlon Mask vurğulayır ki, Çin avtomobil şirkətləri dünyanın ən rəqabətli müəssisələridir.

Xəbər xətti