Güclü maqnit qasırğası başlayıb

00:01 - 23 Yanvar 2024 - Cəmiyyət

Hazırda son dərəcə güclü maqnit qasırğası planetimizə doğru gedir. O, yeni günəş alovundan sonra yaranıb.

Ucnoqta.az xəbər verir ki, yanvarın 22-də hiss olunan maqnit qasırğası çərşənbə axşamı səhər pik həddinə çatacaq.

Mütəxəssislər bu cür dalğalanmaları maksimum mümkün kimi qiymətləndirirlər və bu fenomenin ürəkbulanma, baş ağrısı, sürətli ürək döyüntüsü və ümumi zəifliyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Bu dövrdə həkimlər emosional stressdən uzaq durmağı, daha çox su içməyi və təzyiqə nəzarət etməyi məsləhət görürlər.

Xəbər xətti