Sabah bu marşrutların hərəkət xətti dəyişəcək

16:10 - 19 Yanvar 2024 - Xəbər

Yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Ucnoqta.az-a bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Xəbər xətti