Gənclər və İdman Nazirliyinin vəzifələri artırılıb - FƏRMAN

15:49 - 19 Yanvar 2024 - Xəbər

Gənclər və İdman Nazirliyinin vəzifələri artırılıb.

Ucnoqta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Əgər Gənclər və İdman Nazirliyi indiyə qədər tabeliyində olan olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparırdısa, artıq idman obyektlərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparacaq.

Xəbər xətti