Kriştiano Ronaldo yarım milyon dollara yeni avtomobilini - "Ferrari Purosangue"ni nümayiş etdirib
Ucnoqta.az xəbər verir ki, 38 yaşlı “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə yeni maşının yanında fotosunu yayımlayıb. Gucci kostyumunda futbolçu Ferrari Purosangue qarşısında poza verir. Avtomobil 2022-ci ildə məhdud sayda satışa çıxarılacaq. Onun dəyəri təxminən 400 min dollardan başlayır.