Ürəyinizin sağlam olmasını istəyirsinizsə bu qidaları rasionunuzdan çıxarın

02:27 - 19 Yanvar 2024 - DİGƏR

Sağlam bir ürəyin qorunmasının bir hissəsi damarlarınızı tıxaya bilən tromp riskini azaltmaqdır. Tromp əmələ gəlməsi ürək-damar xəstəlikləri, infarkt və insult üçün əsas risk faktorlarından biridir.

Siqaret, stress və narahatlıq, oturaq həyat tərzi, piylənmə, yüksək qan təzyiqi və yüksək xolesterol tromp əmələ gəlməsi üçün risk faktorlarıdır.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, kardioloqlar hansı qidaların damarlar üçün ən pis olduğunu açıqlayıb.

Mütəxəssislər damarlar üçün ən pis qidanın qızardılmış yemək olduğunu söyləyirlər.
"Damarlar üçün ən pis qidalar, zeytun yağı və avokado yağı istisna olmaqla, demək olar ki, bütün yemək yağlarını ehtiva edən yağlarda bişirilmiş qidalardır" - Manhetten Kardiologiyasının kardioloqu və “LabFinder”in müəllifi Mary Green deyib.
O deyir ki, hətta bu sağlam yağlar da az istifadə edilməlidir.

Harlan Krumholz Yale Tibb Məktəbinin kardiologiya professoru, qismən hidrogenləşdirilmiş yağlarda və bir çox işlənmiş və qızardılmış qidalarda olan trans yağların ürək-damar xəstəlikləri riskini artırdığını iddia edərək qəti şəkildə razılaşır. Bir elmi araşdırma insanın qida rasionunda olan hər 2% trans yağ üçün ürək-damar xəstəlikləri riskinin 23% artırdığını müəyyən edib.

Trans yağların ürək-damar sağlamlığınız üçün bu qədər pis olmasının səbəbi pis LDL xolesterini artıraraq yaxşı HDL xolesterini azaltmasıdır.
Trans yağlar o qədər zərərlidir ki, Qida və Dərman İdarəsi qida istehsalçılarına qismən hidrogenləşdirilmiş yağlardan istifadə etməyi qadağan edib. Bununla belə, Dr.Grenin sözlərinə görə, trans yağlar hələ də ultra emal olunmuş qidalarda görünə bilər və buna görə də, mümkün olduqda qablaşdırılmış və işlənmiş qidalardan qaçınmaq daha yaxşıdır.

Qızardılmış kartof, soğan halqaları, qızardılmış dəniz məhsulları və peroşkilər kimi hər hansı bir qızardılmış yemək də trans yağ mənbəyidir. Hava fritözünün bu qədər populyarlaşmasının səbəblərindən biri də budur: o, qidaları təhlükəli yağlarla deyil, hava ilə “qovurur”.
Damarlarınızı sağlam saxlamaq istəyirsinizsə, qızardılmış qidaları rasionunuzdan çıxarın.

Xəbər xətti