İsrail yenidən "Hizbullah" hədəflərinə zərbə endirib

15:49 - 18 Yanvar 2024 - Xəbər

İsrail hərbçiləri Livandakı "Hizbullah"ın silahlı birləşmələrinin hədəflərinə yeni hücumlar həyata keçirib və ölkənin şimalında sərhədyanı ərazilərin növbəti dəfə atəşə tutulması qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl Livandan İsrailin şimalındakı Ərəb əl-Aramşe ərazisi istiqamətində iki buraxılış qeydə alınıb. Hər iki mərmi açıq ərazilərə düşüb", - məlumatda deyilir.

Xəbər xətti