Şvartseneggerin elan edilməmiş saatlara görə saxlanması onların dəyərini kəskin şəkildə artırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Bild nəşri yazıb.
Şvartsenegger qeyd edib ki, üç saat polis otağında qaldıqdan və saatın dəyərini, cəriməni və vergiləri ödədikdən sonra o, indi “ən çox baxılan qol saatıdır”. Şvartsenegger saatı hərracda satmaq niyyətindən əl çəkməyib, lakin indi hərracın başlanğıc qiyməti əvvəllər olduğu kimi 20 min avro əvəzinə 50 min avrodur. Nəşr qeyd edir ki, hadisədən sonra onlarla kolleksiyaçı modellə maraqlanıb.
BILD yazır ki, İsveçrənin Audemars Piguet firmasından bu saatdan cəmi 20 ədəd var və bu model aktyor üçün xüsusi olaraq hazırlanıb və bir neçə filmdə taxıb. Saat qutusu Şarzeneggerin gövdəsini təsvir edir. Şvartsenegger hərracdan əldə etdiyi gəliri iqlimin qorunmasına sərf etmək istəyib.