Zimbabvenin Hvanqe Milli Parkında ötən ilin avqustundan dekabr ayına qədər davam edən uzunmüddətli quraqlıqdan sonra 160-dan çox fil ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti vəhşi heyvanların mühafizəsi üzrə yerli təşkilatların nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Zimbabvenin çox hissəsində 2023-cü ildə 50% daha az yağıntı olub və bu, quraqlıq dövrünün xeyli uzun sürməsinə səbəb olub.
"Tədqiqatlar fillərin kütləvi ölümünün yağışın olmaması səbəbindən baş verdiyini göstərdi. Heyvanların əksəriyyəti gənc yaşda öldü" - Zimbabve Parkları və Vəhşi Təbiət Təşkilatının sözçüsü Tinaşe Faravo deyib.