SDU-nun rektor yanan yataqxanaya gəldi

00:43 - 18 Yanvar 2024 - Xəbər

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub.

"Sumqayıt Dövlət Universitetinin rektoru, kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar", - nazirlikdən bildirilib.

Xəbər xətti