Partlayışa görə 2 marşrutun yolu dəyişdirildi

18:18 - 15 Yanvar 2024 - Cəmiyyət

Binəqədi rayonunda baş vermiş partlayışla əlaqədar iki marşrutun hərəkəti müvəqqəti dəyişdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Ucnoqta.az-a məlumat verilib.

Bildirilib ki, 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemində müvəqqəti dəyişiklik olunub.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib.

Xəbər xətti