Zaqatalada 24 gün əvvəl avtomobilin vurduğu piyada ölüb

18:09 - 15 Yanvar 2024 - Cəmiyyət

Zaqatalada 24 gün əvvəl avtomobilin vurduğu piyada ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, avtomobil vurması nəticəsində ağır xəsarət alan Əliabad qəsəbə sakini, 25 yaşlı İbrahim Daşdəmirov yanvarın 14-də Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, ötən dekabrın 22-də axşam saatlarında rayonun Əliabad qəsəbə sakini Elgüc Hacımuradov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobilili ilə həmyerlisi İbrahim Daşdəmirovu vurub. Qəzadan sonra sürücü hadisə yerindən yayınıb.

Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E. Hacımuradov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Xəbər xətti