Hökməli-Qobu-Lökbatan-Güzdək yolunun qardan təmizlənməməsi sürücülər üçün problemlər yaradıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. Belə ki, yolun buzlu olması səbəbindən avtomobillər və sərnişin avtobusları hərəkət edə bilməyib. Sərnişinlər piyada getməyə məcbur olublar.