Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

11:22 - 13 Yanvar 2024 - Xəbər

Hazırda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Ucnoqta.az-a bildirilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Xəbər xətti