COVİD-ə qarşı ilk yeməli peyvənd hazırlanıb

21:01 - 12 Yanvar 2024 - Xəbər

Özbəkistanda Covid-ə qarşı ilk yeməli peyvənd pomidor plovu şəklində hazırlanıb

Ucnoqta.az xəbər verir ki, “TOMAVAC COVID-19-a qarşı ilk yeməli vaksin kimi elmi ictimaiyyətə təqdim olunub. Alimlər xüsusi vektorlara koronavirusun antigen zülalı S1-i kodlayan gen fraqmentini daxil edib və onu pomidor hüceyrələrinin genomuna inteqrasiya ediblər.

Bu hüceyrələrdən müntəzəm olaraq S1 antigen zülalını istehsal edən bitkilər əldə edilmişdir.
Bu bitkilərdən əldə edilən pomidorlar TOMAVAC peyvəndinin daşıyıcısı seçilib. Testlər göstərdi ki, siçanlar və insan könüllüləri qanda (IgG) və bağırsaqda (IgA) yüksək səviyyədə neytrallaşdırıcı anticisimlər istehsal edir. Heç bir mənfi təsir müşahidə olunmayıb.

Xəbər xətti