“Qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş "Sovetski" ərazisində və ətrafda yerləşən binalarla bağlı manatın devalvasiyaya uğradığını nəzərə alaraq, gözləmək olardı ki, hökumət kompensasiyasını bir qədər artıracaq. Lakin hələ də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur – 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin”.
Ucnoqta.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı deputat Elmir Axundova çıxış edib. Deputat bildirib ki, hesabat obyektiv və prinsipial kriteriyalar üzrə hazırlanıb: "Yaxşı haldır ki, çətinliklərə rəğmən dövlət bir çox layihələrini, xüsusən sosial layihələri dayandırmayaraq, bir çox vacib işləri və islahatları həyata keçirdi.
Elmira Axundova bütün bunlara görə keçən dövrdə hökumətin fəaliyyətini əsasən qənaətbəxş hesab etdiyini deyib: "Amma hökumət nümayəndələrinin burada iştirak etməsindən istifadə edərək Sizinlə bir sıra mülahizələrimi bölüşmək, təkliflərimi vermək istəyərdim.
