64
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası Stepanavan şəhərində keçirilən yerli seçkilərdə ikinci yeri tutub.
Ucnoqta.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, oktyabrın 25-də keçirilən seçkilərdə partiya səslərin 35,32 faizini (4 681 səs) toplayıb.
Seçkilərdə 41,54 faiz (5 506 səs) toplayan “İş adamı” Partiyası birinci olub. “Güclü Ermənistan” Partiyası 19,68 faiz (2 609 səs), “Respublika” Partiyası isə 3,41 faiz (452 səs) toplayıb.
Beləliklə, dörd siyasi qüvvə Stepanavan Ağsaqqallar Şurasına daxil olub.
