23
Krasnoyarsk ərazisindəki meşədə göbələk yığmağa gedən iki qadını ayı parçalayıb.
Ucnoqta.az xəbər verir ki, avqustun 31-də 73 və 67 yaşlı yerli qadınlar Yenisey rayonundakı meşəyə gediblər və evə qayıtmayıblar. Onların qohumları polisə müraciət ediblər.
Ertəsi gün könüllülər qadınların cəsədlərini Podtesovo kəndindən üç kilometr aralıda ayı hücumu əlamətləri olan yerdə tapıblar. İstintaq Komitəsi hazırda araşdırma aparır.
