Niderlandda iri yanacaqdoldurma məntəqələrində benzinin 1 litrinin qiyməti 2,66 avroya yüksələrək ölkə tarixində rekord həddə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə NU.nl portalı məlumat yayıb.
Bildirilir ki, magistrallardan uzaqda yerləşən yanacaqdoldurma məntəqələrində qiymətlər bir qədər aşağıdır. Ölkədə bundan əvvəlki rekord mayın 6-da qeydə alınıb – Aİ-95 benzininin 1 litri 2,64 avroya satılıb.
Dizelin qiyməti isə hazırda 1 litr üçün 2,63 avro təşkil edir. Bu göstərici aprelin 8-də qeydə alınmış 2,81 avroluq rekord qiymətdən aşağıdır.
Portalın məlumatına görə, yanacağın bahalaşması Yaxın Şərqdəki vəziyyətlə əlaqədardır. May ayında qiymətlərin pik həddə çatmasından sonra ABŞ və İran arasında ilkin razılaşmanın əldə olunması fonunda ucuzlaşma müşahidə edilib. Son günlərdə iki ölkə arasında qarşıdurmanın yenidən kəskinləşməsi qiymətləri artırıb.
