27
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 24-30 avqust 2026-cı il tarixlərində həyata keçirilən əməliyyatların nəticələri açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Ucnoqta.az-a verilən məlumata görə, ötən həftə azad edilmiş ərazilərdə 161 piyada əleyhinə mina, 29 tank əleyhinə mina və 689 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Hesabat dövründə ümumilikdə 2048,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
