20
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, İran Vaşinqtonun vəd etdiyi “misli görünməmiş sanksiyalara” cavab olaraq hərbi eskalasiyaya gedərsə, ABŞ buna sürətlə cavab verəcək.
Ucnoqta.az xəbər verir ki, Bessent bu barədə Financial Times qəzetində dərc olunan məqaləsində yazıb.
“İran rejimin hakimiyyəti iqtisadiyyatı ilə birlikdə zəiflədikcə ABŞ qoşunlarına və ya Fars körfəzindəki qonşu ölkələrə qarşı hərbi əməliyyatlara əl atarsa, şübhə etməyin: prezident Donald Tramp sürətli və qətiyyətli cavab verəcək”, – Bessent qeyd edib.
ABŞ maliyyə naziri əlavə edib ki, hazırkı mərhələdə Vaşinqtonun məqsədi İranın tam iqtisadi təcridinə nail olmaqdır.
