28
Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində paraplan yüksək gərginlikli elektrik xəttinə çırpılıb, nəticədə sərnişin xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, Ural Nəqliyyat Prokurorluğunun məlumatına görə, hadisə iyulun 16-da saat 23:00 radələrində Starıy Nadım–Nadım avtomobil yolunun 2-ci kilometrində baş verib.
İlkin məlumata əsasən, pilot uçuş zamanı paraplanın istismar qaydalarının tələblərini pozub. Nəticədə hava nəqliyyat vasitəsi yüksək gərginlikli elektrik xətti ilə toqquşub.
Hadisə ilə bağlı cinayət işi açılıb.
