Portuqaliyalı futbolçu Kriştiano Ronaldunun həyat yoldaşı Corcina Rodrigez toy mərasimində taxdığı dəbdəbəli zinət əşyaları ilə diqqət çəkib. Onun seçdiyi brilyant dəstinin dəyərinin 75 milyon dollar olduğu bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Cütlük tanışlıqlarının 10-cu ildönümündə Portuqaliyadakı yeni evlərində ailə arasında nikah mərasimi keçirib. Özəl mərasimdə yalnız Ronaldunun övladları və dörd şahid iştirak edib.
Ronaldu toy üçün sadə futbolka və pencək seçib. Corcina Rodrigez isə ənənəvi gəlinlikdən imtina edərək “Gucci” brendinin ağ köynək, yubka və ayaqqabıdan ibarət geyimini seçib. Bu seçim onun üçün simvolik məna daşıyıb. Belə ki, cütlük məhz “Gucci” mağazasında tanış olub.
Corcinanın obrazının əsas detalı “Chopard Garden of Kalahari” zinət dəsti olub. O, çəkisi 50 karat olan brilyant boyunbağı taxıb, görünüşünü bilərzik, sırğa və üzüklə tamamlayıb.
“Abelini” zərgərlik brendinin təsisçisi Nilesh Raholiya bildirib ki, Corcinanın taxdığı zinət əşyalarındakı brilyantların ümumi çəkisi 200 karatdan çoxdur və dəstin hazırlanmasına 3200 saatdan artıq vaxt sərf edilib.
Ev şəraitində keçirilən mərasimdən sonra cütlük yaxınlıqdakı kilsəyə gedib və burada keşiş onların nikahını xeyir-dua ilə təqdis edib.
Bununla belə, Ronaldunun və Rodrigezin toyla bağlı planları bununla yekunlaşmayıb. Cütlüyün gələcəkdə dostları və yaxınlarının iştirakı ilə daha geniş mərasim keçirməyi planlaşdırdığı bildirilir.
Hazırda onlar bal ayına getməyib və Ronaldunun Səudiyyə Ərəbistanında çıxış etdiyi “Əl-Nəsr” klubunun düşərgəsinə qayıdıblar.
